Ermənistan rəhbərliyinə təzyiqlər artır
Vətəndaşlar Azərbaycanın güc tətbiq edəcəyindən qorxur.
Vətəndaşlar Azərbaycanın güc tətbiq edəcəyindən qorxur.
"Hazırda Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları çərçivəsində həll edilməsini və Ermənistanla Azərbaycan arasında vasitəçilik missiyasını üzərinə götürən ATƏT-in Minsk Qrupu münaqişənin həllilə kifayət qədər maraqlanmırlar. ABŞ İraqla, Rusiya Abxaziya və Osetiya ilə, Fransa isə digər məsələlərə daha çox üstünlük verir"
Bunu jurnalistlərə verdiyi açıqlamada Londonda fəaliyyət göstərən Transatlantik Elmi Araşdırmalar İnstitutunun rəhbəri Ziba Norman bildirib. O, indiki halda Türkiyənin münaqişənin həlli istiqamətində atacağı addımların daha əhəmiyyətli olmasına diqqət çəkib. Xarici qonağın fikrincə, hazırda Ermənistan rəhbərliyinə daxili təzyiqlər artmaqdadır və vətəndaşlar Osetiyadakı vəziyyətlə qarşılaşmaq istəmirlər: "Türkiyənin münaqişənin həlli prosesinə qoşulması daha effektiv ola bilər. Artıq vaxt gedir və münaqişənin silahla öz həllini tapması məsələsi gündəmə gəlir". ("OLAYLAR"İA)
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən Xazar.com saytina hiper linklə istinad zəruridir.
Detallar
Qiymətləndirin :
Oxunub : 689 dəfə

